GÜNDƏM
DÜNYA SƏNDƏN KİMLƏR KÖÇDÜ... Görkəmli alim, şair, publisist və içtimai xadim mərhum Yaqut Neymətovu bizdən 8 illik bir zaman kəsiyi ayırır. Ürəyi elm, mərifət, vətən sevgisi və yazıb-yaratmaq eşqi ilə döyünən şair təbiətli Yaqut Neymətov 12 iyun 2013-cı ildə ömrünün 60-cı ilinə az qalmış qəfil gələn ölümdən vəfat etdi. |
|
MOSKVADA ILK “TÜRK XALQLARI KONSERTI" Moskva ictimai təşkilatı “Türk Cəmiyyəti” və “Türk Tələbələr Birliyi” Moskva hökuməti yanında Millətlər evində “Türk xalqları konserti” keçirdi. Forma və məzmun cəhətdən bu konsert keçmiş sovetlər birliyi məkanında ilk və hələlik yeganə bir tədbir oldu. Konsertdə Moskvada yaşayan on yeddi türk xalqlarının nümayəndələrinin artist və sənətçiləri, özfəaliyyət qrupları öz dillərində milli musiqilərini ifa etdilər. Konsert Türkiyə və Azərbaycan musiqiləri ilə başladı və tatar, özbək, türkmən, başqırd, altay, qazax, noqay, tuva, yaqut, kumık, çuvaş, qaqauz, qaraqalpaq, qaraçay-balkar, qrım-tatar və digər türk xalqlarınin musiqi nömrələri ilə davam etdi. Sonda rus artistlərinin ifasında insanları dostluğa çağıran mahnı səsləndi. Konserti araya gətirən bütün sənətçilərə təşəkkür vəsiqələri təqdim olundu. Tədbirin təşkilatçıları gələn il Moskvada Türk xalqları festivalı planlaşdırdıqlarını açıqladılar. |
|
MOSKVADA GÖRÜŞ 23 sentyabrda Moskva şəhərində, Millətlər Evində Moskvada, günəşli və ilıq bir payız günündə "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin təşəbbüsüylə AYB Mətbuat katibi şair Xəyal Rza və Türkiyədən İLESAN birliyinin başqanı şair Mehmet Nuri Parmaksızla çox gözəl və maraqlı bir ədəbi görüş oldu. Görüşü tarix elmləri doktoru, Şəhriyar ƏMC-nin kordinatoru Əşrəf Hüseynli açdı, qonaqları salamlayaraq görüş iştirakçılarına təqdim etdi, onların yaradıcılığından geniş və ətrfalı məlumat verdi, şeirlərindən, həmçinin özünün və S. Mərzilinin şeirlərindən nümunələr oxudu. Bundan sonra Afaq Şıxlı, Sultan Mərzili, Mayya Bədəlbəyli, Nilufər Şıxlı, Yaşar Süleymanlı və başqalrı çıxış edərək qonaqları şeirlərlərlə salamladılar. Görüşdə iştirak edən Rusiyada Türkiyə diasporunun başqanı Yusif Şən də belə görüşlərin xalqlar arası qarşılıqlı anlaşma və dostluq üçün bir körpü olduğunu diqqətə çəkdi. 27/09/2017 - 12:26 - Oxunub: 1,575 |
|
RUS ŞAİRİ SERQEY KARATOVLA GÖRÜŞ Yanvarın 29 – da “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin kollektivi tanınmış rus şairi Serqey Karatovla yaradıcılıq görüşü keçirmişdir. “Bakinskiy dvorik” kafesində baş tutan bu görüşün aparıcısı tarix elmləri doktoru, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiyasının üzvü, şair Əşrəf Hüseynli idi. Gecədə Abbas Ağdabanlı, Vasif Məmmədov, Rövşən Əliyev, Muza Həsənovna, Əvəz İbayev və b. iştirak edirdilər. Gecəni giriş sözü ilə “Şəhriyar” cəmiyyətinin təsisçilərindən biri və görüşün təşəbbüskarı, şair Mirabbas Ağdabanlı açdı. O, əvvəlcə şair Sergey Fyodroviç Karatovu və o cümlədən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təsisçilərindən biri Rövşən Əliyevi anadan olmaları günü münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və yaradıcılığ sahəsində uğurlar arzuladı. Mirabbas Ağdabanlı sözünə davam edərək dedi ki, mən şair Sergey Karatovu 2013 cü ildən tanıyıram və keçən bu tanışlıq müddətində bizim aramızda yaranan yaradıcılıq əlaqələri gündən-günə möhkəmlənmiş və nəticədə səmimi bir dostluqa çevrilmişdir. 30/01/2017 - 12:18 - Oxunub: 4,197 |
|
ŞAİR ƏKBƏR QOŞALI İLƏ GÖRÜŞ - FOTO Yanvarın 25-də “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin yaradıcı kollektivi, Azərbaycandan gəlmiş şair, publisist, DGTYB-nin sədri Əkbər Qoşalı ilə görüş keçirmişdir. Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun ofisində baş tutan bu görüşü tarix elmləri doktoru, şair, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin ədəbi-bədii şurasının rəhbəri Əşrəf Hüseynli aşdı. O, Əkbər Qoşalını şəhriyarçılarla görüşə gəlməsi münasibətilə səmimi qəlbdən salamladı və onun Azərbaycan ədəbi mühitindəki rolundan, o cümlədən Dünya Gənc Yazarlar Birliyinin inkişafındakı fəaliyyətindən söhbət açdı. Əşrəf müəllim Əkbər Qoşalının yaradıcılığı, çağdaş Azərbaycan poeziyasındakı mövqeyi və uğurları barədə görüş iştirakçılarına ətraflı məlumat verərək, qeyd etdi ki, şair Əkbər Qoşalı elinə - obasına, milli mədəniyyətinə mənən bağlı bir ziyalıdır. 27/01/2017 - 13:26 - Oxunub: 1,333 |
|
MOSKVADA MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN ŞƏRƏFİNƏ ALMANAX KİTABININ TƏQDİMAT GECƏSİ KEÇİRİLDİ Oktyabrın 8 – də 20 –ci əsr İran və Azərbaycan ədəbiyyatının fəxri Seyyid Məhəmmədhüseyn Şəhriyarın şərəfinə çap edilmiş almanax kitabının təqdimat gecəsi keçirilmişdir. “Məhəmmədhüseyn Şəhriyarın şərəfinə almanax” kitabının təqdimat gecəsində Moskva şəhərində yaşayıb-yaradan mədəniyyət xadimləri, o cümlədən şairlər, yazıçılar və publisistlər, jurnalistlər və sənət adamları, içtimai təşkilatların fəalları, iş adamları və gənclər iştirak edirdilər. Gecənin aparıcısı Aysel Əsgərova idi. 13/10/2016 - 11:18 - Oxunub: 1,056 |
|
YAZIÇI VARIS YOLÇIYEVLƏ GÖRÜŞ KEÇIRILDI Bu günlərdə Moskvada – Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunda «Şəhriyar» Ədəbi-mədəni Cəmiyyətin təşkilatçılığı və «Nicat» - Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyətinin təşəbbüsü ilə yazıçı Varis Yolçiyevlə görüş keçirildi. Tədbiri «Şəhriyar» Cəmiyyətinin sədri, görkənli ziyalı, publisist Vasif Məmmədov açaraq qonaqi təqdim etdi ve onun həyat və yaradıcılığı, beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətləri barədə görüş iştirakçılarına məlumat verdi. Sonra yazıçı Varis çıxış etdi, müasir dövrdə dünya ədəbiyyatının aparıcı tendensiyaları, müasir Azərbaycan ədəbiyyatı mövzusuna toxundu, romanlarının məramı barədə geniş bilgi verdi. Görüşdə Moskvada yaşayıb-yaradan azərbaycanlı şairlər və ziyalılar – tarix elmləri doktoru Əşrəf Hüseynli, Maya Bədəlbəyli, Sultan Mərzili, Afaq Şıxlı, Abbas Ağdabanlı, Əliş Əvəz, Yaşar Süleymanlı, eləcə də gənc şeir həvəskarları Rodion Rodionov və Dilşad Zülfüqarova çıxış edərək öz şeirlərini oxudular. 31/12/2015 - 18:33 - Oxunub: 1,025 |
|
90 YAŞLI YUBİLİYAR 7 Noyabr 2015 ci il tarixdə Moskvadakı “Şuvalov” restoranında Böyük Vətən müharibəsi veteranı , yazıçı, şərqşünas, tarix elmləri namizədi, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbdül Hüseynovun 90 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubileyi gecəsini Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi – mədəni cəmiyyətinin yaradıcı kollektivi hazırlayıb həyata keçirib. |
|
“MƏN DAŞLARI ÇIÇƏKLƏRDƏN AZ SEVMƏDIM...” Moskvada şair Əkbər Qoşalı ilə görüş keçirildi Moskvada ““Şəhriyar” Ədəbi-mədəni cəmiyyəti və Nicat” Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin birgə təşəbbüsü, eləcə də, AMİİ Fondunun və ASGA-nın Moskva nümayəndəliyinin iştirakı ilə Dünya Gənc Türk Yazarlar birliyinin keçmiş başqanı, hazırda məsləhət şurasının sədri, şair Əkbər Qoşalı ilə görüş keçirildi. Görüşü “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov cənabları açdı. O, qonaqları salamlayaraq, şairin həyat və yaradıcılığından söz açdı: “Texniki təhsilinə baxmayaraq, Əkbər Qoşalı 1990-cı ildən bəri ədəbi fəaliyyətlə məşğuldur. Artıq 20 ilə yaxındır ki, gənc nəslə türkizm ideyalarını, türkçülüyü aşılamaqda, türk xalqlarının birliyi uğrunda çalışmaqdadır. 1998-ci ildə Qazaxstanda keçirilən Gənc türklərin ümumdünya birliyinin VIII Forumunda o, Dünya Gənc Türk Yazarlar birliyinin başqanı seçilmişdi. Bu birlik indiyədək öz fəaliyyətilə örnək olmaqdadır”. 16/09/2015 - 11:09 - Oxunub: 1,029 |
|
MOSKVADA QULU AĞSƏSLƏ GÖRÜŞDƏN - “MƏNIM ŞEIRLƏRIM ÜNVANSIZDIR!” “Ulduz” jurnalinın baş redaktoru, şair Qulu Ağsəs Moskvadakı ziyalılarla görüşdə ona ünvanlanan sualları cavablandırarkən bunu söylədi. |
Səhifələr
- 1
- 2
- 3
- 4
- 5
- следующая ›
- последняя »